Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Euronav” şirkəti amonyak və metanolla işləyən iki tanker sifariş verib

“Euronav” şirkəti “Daehan Shipbuilding” gəmiqayırma zavoduna “Suezmax” tipli iki xam neft daşıyan tankerin tikintisi barədə sifariş yerləşdirib.

"Seanews.az" xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Gəmilərin 2024-cü iliin 3-cü rübündə təhvil verilməsi gözlənilir.

Tankerlər xaric olan qazların təmizlənməsi qurğusu (skrubber) və ballast sularının təmizlənməsi sistemi ilə təchiz olunacaq. Həmçinin, LNG, amonyak və metanolla işləyə biləcək.

Bu gəmilər 2022-ci ildə təhvil verilən 157,3 min ton dedveytli “Cedar” və “Cypress” xam neftdaşıyan tankerlərlə eyni tipli olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır