





Amerika Gəmiçilik Bürosunun Təlim-Tədris Mərkəzinə verdiyi sertifikatın müddəti növbəti üç il üçün uzadılıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun Təlim-Tədris Mərkəzində (TTM) Amerika Gəmiçilik Bürosunun (ABS) apardığı növbəti audit uğurla yekunlaşıb.
İki gün davam edən audit ABS-in Bakı ofisinin nümayəndəsi Siyavuş Teymurov tərəfindən həyata keçirilib.
Yoxlama nəticəsində Mərkəzdə təşkil olunan təlimlərin beynəlxalq idarəetmə standartlarına tam uyğun olduğu təsdiqlənib. Bunun nəticəsi olaraq, ABS tərəfindən TTM-ə verilmiş sertifikatın müddəti növbəti üç il üçün uzadılıb.
Bundan əlavə, TTM-də “Dinamik mövqe saxlama sisteminə texniki xidmət” (DPVM) üzrə keçiriləcək yeni təlim də ABS tərəfindən sertifikatlaşdırılıb.
Qeyd edək ki, ASCO-nun Təlim-Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması məqsədilə təlimlərin təşkili, praktik məşğələlər və qiymətləndirmə xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalar, ən son model trenajorlar, üzgüçülük hovuzu və müxtəlif dənizçilik avadanlıqları ilə təchiz olunub.