2024-cü il üzrə "Ən yaxşı gəmi təmirçisi" - VİDEO
Keyfiyyət heç vaxt təsadüfi olmur: o, zəhmət və peşəkarlığın nəticəsidir. “Bibiheybət” Gəmi Təmiri Zavodunun əl ilə qaynaqda elektrik qaynaqçısı Anar Məmmədov bu prinsipə sadiq qalaraq 28 ildir ki, işini yüksək məsuliyyətlə yerinə yetirir.
Peşəsinə olan sevgisi və dəqiqliyi onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Məhz bu keyfiyyətlərinə görə Anar Məmmədov 2024-cü il üzrə “Ən yaxşı gəmi təmirçisi” adına layiq görülüb.
Anar Məmmədovu təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır