Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Çində hidrogen-elektrikli yedək gəmisi istifadəyə verilib

Çinin Qingdao limanında hidrogen və elektrik enerjisi ilə işləyən ilk hibrid yedək gəmisi istismara verilib.

“Seanews.az” xəbər verir ki, “Hydrogen Electric Tug 1” adlanan gəmi Zhenjiang Gəmiqayırma Zavodunda inşa olunub və sınaq mərhələsindən uğurla keçib.

Yeni yedək gəmisinin uzunluğu 39, eni 11 metr, ümumi çəkisi 167 tondur.  Gəmi maksimum 14,2 dəniz mili sürət toplaya bilir. Əlavə olaraq, orta 9 düymlük sürətlə fasiləsiz 12 saat işləmək imkanına malikdir.

Onun əsas enerji mənbəyini iki 100 kVt gücündə hidrogen yanacaq hüceyrəsi və 7.838 kVt-saatlıq maye soyudulan litium batareya təşkil edir. Bundan əlavə, “Hydrogen Electric Tug 1” sahildən enerji yüklənməsini təmin edən avtomatik və intellektual şarj sistemi ilə təchiz olunub.

Ətraf mühitə minimal təsiri ilə seçilən gəmi istismar zamanı yalnız su buxarı buraxır və karbon emissiyasını tamamilə aradan qaldırır.

Hidrogen-elektrik yedək gəmisinin istifadəyə verilməsi Çinin dəniz nəqliyyatında “yaşıl texnologiya” strategiyasının tərkib hissəsi hesab olunur və yaxın illərdə oxşar layihələrin davam etdirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır