Təkrar bazarda konteyner gəmiləri kəskin ucuzlaşıb
Təkrar bazarda konteyner gəmilərinin qiymətləri bu ilin əvvəlindən kəskin düşüb.
“2007-ci ildə inşa edilmiş 2,5 min TEU tutumlu “G. Ace” konteyner gəmisi bu yaxınlarda 13,7 milyon dollara satılıb, bir il əvvəl isə eyni tipli “ST Ever” konteyner gəmisi 46,5 milyon dollara satılmışdı”, - “Splash” yazır.
Son illərin ən aktiv alıcısı olan “MSC” gəmiçilik şirkəti bu yaxınlarda 21 yaşlı 2500 TEU-luq “Buxcontact” konteyner gəmisini 9,75 milyon dollara almaq üçün müqavilə bağlayıb. Ötən il oxşar konteyner gəmisi 23 milyon dollara satılıb.
Nəşrin yazdığına görə, ucizlaşma çətin ki, tezliklə dayansın. Bu, çoxlu sayda sifarişin arxasında gözlənilən artıq tutumla bağlıdır. Bununla belə, bu, yeni bazar oyunçularının əlinə keçə bilər. Tonajın yüksək qiymətinə görə bazara daxil olmayan alıcılar üçün hazırda yaxşı imkanlar var.
“Seanews.az”