Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Kolombodakı gəmiqayırma zavodu ekoloji təmiz gəmilər seriyasından ikinci balkeri suya salıb

 “Colombo Dockyard” gəmiqayırma zavodu (Kolombo, Şri Lanka)2023-cü il yanvarın 23-də “EcoBulk” sinifli on balker seriyasından ikincisi olan “Misje Verde” gəmisini suya buraxıb.

“Seanews.az”-ın məlumatına görə, uzunluğu  təxminən 90 metr olan quru yük gəmisinin dedveyti 5000 tondur və təkrar doldurulan batareyalardan istifadə edən hibrid elektrik güc qurğuları ilə təchiz edilib.

Əlavə dörd gəmisinin tikintisi seçimi də daxil olmaqla altı eko-balker üçün müqavilə 2020-ci ilin avqustunda Norveçin “Misje EcoBulk AS” (“Misje Rederi AS”-a daxildir) şirkəti tərəfindən imzalanıb.

Cizgi və texniki layihələr Norveçin “Wartsila Ship Design AS” şirkəti tərəfindən hazırlanıb. İnteqrasiya edilmiş hibrid mühərrik bu gəmilərə tullantılarsız limanlara girib-çıxmağa və yük əməliyyatlarını yerinə yetirməyə imkan verəcək.

Bu yaxınlarda tərsanə “EcoBulk” seriyasının dördüncü gəmisini inşa etməyə başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır