Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“SHI” iki LNG gəmisinin tikintisi üçün 500 milyon dollarlıq müqavilə bağlayıb

Cənubi Koreyanın gəmiqayırma qrupu “Samsung Heavy Industries” (“SHI”) iki LNG daşıyıcısının tikintisi üçün yeni sifariş alıb.

“Offshore Energy”-nin məlumatına görə, üzən qurğuların inşası 500 milyon dollara başa gələcək.

Sifarişin yanvarın 31-də verildiyi bildirilir. Gəmilər 2027-ci il yanvarın ortalarında sifarişçiyə təhvil verilməlidir.

Müştərinin adı açıqlanmır.

Yanvarın əvvəlində üzən LNG saxlama, emal və boşaltma (FSRU) sisteminin qurulması üçün 1,5 milyard dollarlıq müqavilə ilə “Samsung Heavy Industries” qrupunun gəmiqayırma sifarişinin dəyəri bir ay ərzində 2 milyard dollara yüksəlib ki, bu da gəmi istehsalçısının cari il üçün 9,5 milyard dollarlıq hədəfinin beşdə birinə (21%) bərabərdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır