Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb

Təxminən 1 milyon barel neft daşıyan 158 min ton dedveytə malik "Vilamoura" adlı neft tankerində partlayış baş verib.

"Seanews.az" xəbər verir ki, hadisə Mərkəzi Aralıq dənizində, Liviya sahilləri yaxınlığında qeydə alınıb.

Gəmi heyəti partlayışın maşın şöbəsində olduğunu bildirib.

Məlumata görə, ətraf mühitə heç bir zərər dəyməyib və bütün heyət üzvü salamatdır.

Hazırda "Vilamoura" Yunanıstana doğru aparılır. Burada gəminin zədələnmə səviyyəsi qiymətləndiriləcək və partlayışın səbəbi araşdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır