Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“MSC” daha bir 24116 TEU-luq konteyner gəmisini təhvil alıb

“MSC” gəmiçilik şirkəti daha bir 24116 TEU-luq konteyner gəmisini təhvil alıb.

"MSC Gemma" adlı gəmi Çinin “Hudong-Zhonghua Shipbuilding Group” tərsanəsində inşa edilib.

“Seanews.az”-ın məlumatına görə, konteyner gəmisinin uzunluğu 399,9 metr, eni 61,5 metr və bortunun hündürlüyü 33,2 metrdir.

Bu, “Hudong-Zhonghua Shipbuilding” tərəfindən inşa edilən üçüncü və bu ilin əvvəlindən “MSC” tərəfindən istismara verilən beşinci 24 min TEU-luq gəmidir.

“Hudong-Zhonghua Shipbuilding” artıq “MSC Tessa”, “MSC Celestino Maresca”, “MSC Raya”, “MSC Irina” və “MSC Loreto”-nu “MSC”-yə təhvil verib.

Xatırladaq ki, iki konteyner gəmisinin – “MSC Gemma” və yaxın gələcəkdə “MSC Michel Cappellini”-nin istismara verilməsi ilə “MSC”-nin konteyner donanmasının ümumi tutumu 5 milyon TEU-ya çatacaq. “MSC” təkcə yeni gəmilərin istismara verilməsi ilə deyil, həm də təkrar bazarda konteyner gəmilərinin alınması hesabına cəmi 8,5 il ərzində öz gücünü ikiqat artırıb.

“MSC”-nin bu il daha 33 konteyner gəmisini təhvil alacağı gözlənilir. Hazırda xəttin sifariş qovluğuna  ümumi tutumu 1,66 milyon TEU olan 130-a yaxın gəmi daxildir. Köhnə konteyner gəmiləri təkrar emala verilməsə, “MSC”-nin potensialının gələcək illərdə 6,75 milyon TEU-ya çatacağı proqnozlaşdırılır.

“MSC” tutumu 8 min TEU-dan az olan konteyner gəmilərinin sayını azaldacaq, bu halda şirkətin donanmasının ümumi tutumu 6 milyon TEU səviyyəsində sabitləşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır