Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Kruiz gəmilərinin 65%-i alternativ yanacaqla işləyəcək

Kruiz operatorları gəmiçilik sənayesinin karbonsuzlaşdırılması layihəsi çərçivəsində alternativ yanacağa keçmək niyyətindədirlər.

“Offshore Energy”-yə görə tərsanələrdən sifariş edilən kruiz gəmilərinin 65%-i alternativ yanacaqla işləməyə hazır olacaq.

Verilmiş sifarişlərin təhlili gəmi sahiblərinin marağının keçmiş nəhəng laynerlər əvəzinə uzun səfərlər üçün daha kiçik lüks gəmilərə doğru dəyişdiyini göstərir.

“Clarksons” araşdırmasına görə, artıq istismarda olan gəmilərin 9%-i alternativ yanacaqla işləyə bilir, təxminən 25%-i enerjiyə qənaət edən texnologiyalarla təchiz olunub.

Kruiz gəmiləri tərəfindən ən çox istifadə edilən dəniz yanacağı mayeləşdirilmiş təbii qazdır (LNG). Metanoldan istifadə imkanlarını araşdırmaq üçün bir sıra layihələr də hazırlanır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır