Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Koreya şirkəti “Balkan” gəmiqayırma zavodunda quru yük gəmiləri tikmək imkanını nəzərdən keçirir

Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin (“Türkməndənizdəryayolları”) rəhbərliyi Koreya Dəniz Avadanlıqları Assosiasiyasının (“KOMEA”) və “Koryo Shipbuilding Industry Technology. Co., Ltd.” (“KSIT”) şirkətinin nümayəndələri ilə görüş keçirib. Tərəflər Türkmənistanın milli ticarət donanmasının inkişafına yönəlmiş gəmiqayırma layihələrinin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xüsusilə, “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda iki quru yük gəmisinin tikintisi layihəsi müzakirə olunub.

"Seanews.az" xəbər verir ki, bu barədə “Türkməndənizderyayolları” saytı məlumat yayıb.

“KSIT” nümayəndələrinə ildə 4-6 yüksək keyfiyyətli gəmi tikməyə qadir olan Türkmənistan zavodunun geniş imkanları və müasir avadanlıqları barədə ətraflı məlumat verilib.

“KOMEA” və “KSIT” nümayəndələri əməkdaşlığın böyük perspektivlərinə əmin olduqlarını bildiriblər, yerli mütəxəssislərin peşəkarlığını və “Balkan” gəmiqayırma zavodunda müasir texnologiyalardan istifadə olunduğunu qeyd ediblər.

Qeyd olunur ki, bu görüş Türkmənistan və Koreya Respublikası arasında gəmiqayırma və dəniz sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.

“KOMEA” Koreyanın 286 dəniz avadanlığı istehsalçısını birləşdirən assosiasiyadır. O, öz üzvlərinə müxtəlif - gəmiqayırmada layihə, avadanlıq və materialların təchizatı, qabaqcıl elmi texnologiyaların tətbiqi, kadr hazırlığı, marketinq və s. xidmətlər göstərir.

Koreya Respublikasının “Koryo Shipbuilding Industry Technology. Co., Ltd.” şirkəti müxtəlif gəmilərin layihələndirilməsi, tikintisi və təmiri üzrə ixtisaslaşmışdır. Pusan şəhərində yerləşən şirkətin iki gəmiqayırma zavodu var:”Pusan Shipyard” və  “Changwon Shipyard”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır