Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-21,
Seanews
Heyder Eliyev

Layner ilk səfərinə 2024-cü ilin ilk günü çıxacaq

Beş illik layihə, tikinti və sınaq səfərindən sonra Çinin hazırladığı və inşa etdiyi ilk böyük “Adora Magic City” kruiz gəmisi Şanxayda “CSSC Shanghai Waigaoqiao Shipbuilding Co., Ltd” (“SWS”) tərsanəsi tərəfindən təhvil verilib. 

“Seanews.az” xəbər verir ki, laynerin ilk səfəri 2024-cü il yanvarın 1-nə planlaşdırılıb.

Uzunluğu 323,6 metr, ümumi tonajı 135 500 ton və 2 125 kayutu olan kruiz gəmisi 5 246 sərnişin qəbul edir.

16 mərtəbəli layner ümumilikdə 40 min kvadratmetrlik ictimai yaşayış sahəsi və istirahət zonasına malikdir.

Layihə və gəmiqayırma müqaviləsi 2018-ci ilin noyabrında Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində imzalanıb.

Bu günə qədər Çin ən mürəkkəb gəmiqayırma layihələrindən bəzilərini -  təyyarədaşıyan, böyük mayeləşdirilmiş təbii qaz (LNG) tankeri və böyük kruiz gəmisi inşa etməyə nail olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır