Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

“Dağıstan” gəmi-bərəsi əsaslı təmir edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Dağıstan” gəmi-bərəsi əsaslı təmir edilib.

 “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Baş və köməkçi mühərriklərin əsaslı təmiri ilə yanaşı, gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

“Dağıstan” gəmi-bərəsində komanda-yayım qurğusu, sürət ölçən laq qurğusu əsaslı təmir olunub, iki ədəd stasionar UQD radiostansiya üçün antenna quraşdırılıb, radionaviqasiyaya aid  avadanlıqlar yoxlanılıb və təmir olunub.

Eyni zamanda “Dağıstan” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Dəniz sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır