Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Paslanmayan poladdan 10 kimyəvi tanker tikiləcək

Almaniyanın “GEFO” gəmiçilik qrupu Çinin “XMXYG Shipbuilding & Offshore Engineering” (“XMXYG SOE”) gəmiqayırma zavoduna dedveyti 3 850 ton olan 10 kimyəvi tankerin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, sifarişçi paslanmayan poladdan kimyəvi çənləri olacaq bu gəmilərin tikintisinə 400 milyon avro sərmayə qoyacaq.

Gəmilər Çinin “Nantong” şəhərindəki “Nantong Xiangyu” gəmiqayırma zavodunda tikiləcək. Bu zavod dövlətə məxsus “Xiamen Xiangyu Group”-a “(XMXYG”) daxildir. Gəmilər 2026-2028-ci illərdə təhvil veriləcək.

1961-ci ildə əsası qoyulmuş Almaniyanın “GEFO” şirkətlər qrupu illik dövriyyəsi 500-600 milyon avro olan ailə müəssisəsidir. 2022-ci ildə qrup yeni gəmilər tikmək və təkrar bazarda gəmilər almaq üçün gəmiqayırma proqramına start verdi. Yeni tankerlər təxminən 20 il əvvəl tikilmiş kimyəvi tankerləri əvəz edəcək. “GEFO”-nun donanması hazırda ARA regionunda (Antverpen-Rotterdam-Amsterdam) yerləşən neft-kimya zavodlarında istehsal olunan kimyəvi yükləri, qaz və yağları daşıyan 150 gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır