Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

24188 TEU-luq yeni konteyner gəmisi Asiya və Avropa arasındakı marşrutda istismar ediləcək

Çinin “Orient Overseas Container Line” (“OOCL”, Honkonq) gəmiçilik şirkəti 24188 TEU-luq yeni konteyner gəmisinin adlandırılması və istismara verilməsi mərasimi keçirib. Gəmi şirkətin donanmasında ekoloji cəhətdən təmiz səkkizinci konteyner gəmisi olub.

“Seanews.az” xəbər verir ki, “OOCL Abu Dhabi” konteyner gəmisi eyni zamanda Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) gəmiqayırma şirkəti tərəfindən tikilib “OOCL”-ə təhvil verilmiş bu yük tutumuna malik altı gəmidən dördüncüsüdür.

“OOCL Abu Dabi” gəmisi konteyner yüklərini Asiya-Avropa xidməti “LL1” ilə daşıyacaq.

“OOCL” (qərargahı Honkonqda yerləşir) dünyanın 100-dən çox şəhərində 130 nümayəndəliyi ilə böyük beynəlxalq konteyner daşımaları və logistika şirkətlərindən biridir. Şirkətin xidmətləri Asiya, Avropa, Şimali Amerika, Aralıq dənizi, Hindistan yarımadası, Yaxın Şərq, Avstraliya və Yeni Zelandiyanı birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır