Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

İndoneziya “Fincantieri SpA” gəmiqayırma şirkətinə iki freqat sifariş edib

İndoneziya Müdafiə Nazirliyi İtaliyanın “Fincantieri SpA” gəmiqayırma şirkəti ilə iki freqatın tikintisi üçün müqavilə imzalayıb.

Bu barədə “Seanews.az” “CNN Indonesia” xəbər agentliyinə istinadən xəbər verir.

Müqavilənin şərtlərinə görə, ilk gəmi 2024-cü ilin oktyabrında sifarişçiyə təhvil verilməlidir. İkinci gəminin təhvil verilməsi 2025-ci ilin aprel ayına planlaşdırılır.

İtalyan şirkəti hazırda Triestdəki tərsanəsində gəmilər tikir. Sifariş edilən gəmilər “Pattugliatore Polivalent d'Altura” (“PPA”) sinfinə aiddir, çoxfunksiyalı imkanlara və ən son texnologiyaya malikdir.

Freqatın uzunluğu  143 metr, eni  16,5 metr, yükgötürmə qabiliyyəti 6250 ton, maksimal sürəti 30 düyündür.

Gəmi “Aster 15” zenit-raket kompleksi, 127 mm-lik “Vulcano” avtomatik topları, 76 mm-lik “Strales” topu və 25 mm-lik yüngül topla silahlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır