Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“HMM” konteyner gəmilərinin sayını 130-a çatdıracaq

“HMM” 2030-cu ilə qədər donanmasında konteyner gəmilərinin sayını 130-a çatdıracaq və konteynerdaşıyanların ümumi tutumu 1,5 milyon TEU təşkil edəcək. Hazırda “HMM”-in donanması ümumi tutumu 920 min TEU olan 84 konteyner gəmisindən ibarətdir.

“Seanews.az” daşıyıcının bəyanatına istinadən xəbər verir ki, “HMM”-in 2030-cu il üçün orta və uzunmüddətli strategiyaları sürətlə dəyişən bazar şərtlərinə tez uyğunlaşmağı hədəfləyir.

Bundan əlavə, “HMM” marşrutları və bütün şəbəkəni şaxələndirməklə bazar payını artırmağı, həmçinin 2030-cu ilə qədər balkerlər donanmasını - ümumi dedveyti 6,3 milyon ton olan 36 gəmidən ümumi dedveyti 12,28 milyon ton olan 110 gəmiyə çatdırmağı planlaşdırır.

Konteyner daşıma marşrutlarının şaxələndirilməsinə uyğun olaraq, “HMM” daha çox terminal əldə edərək logistika infrastrukturunu genişləndirmək və dekarbonizasiya hədəflərini 2050-ci ildən 2045-ci ilə keçirmək niyyətindədir.

“HMM”-in açıqlaması Cənubi Koreya hökumətinin ölkənin gəmiçilik sənayesinə 2,5 milyard dollar sərmayə qoyması açıqlaması ilə üst-üstə düşüb.

Koreya hökuməti qeyd edib ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda “Maersk Line” kimi böyük xətlər itkilərə məruz qalır. Buna görə də Koreya hakimiyyəti və özəl sektor böhranı aradan qaldırmaq və dəniz nəqliyyatı daha da inkişaf etdirmək üçün gəmiçilik sənayesinə sərmayə qoyacaq. O cümlədən, kiçik və orta biznesə 200 milyon dollar məbləğində maliyyə dəstəyi göstəriləcək, ekoloji cəhətdən təmiz gəmilərin tikintisinə 2 milyard dollardan bir qədər az, yaşıl yanacaq əməliyyatları üçün infrastrukturun tikintisinə 900 milyon dollar ayrılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır