Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Liepaya limanına proqnozlaşdırıldığından 5,3% az gəmi yan alıb

2024-cü ilin yanvar-may aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalaraq 3,13 milyon ton təşkil edib.

Bu barədə “Seanews.az” liman administrasiyasına istinadən xəbər verir.

Hesabat dövründə limanın konteyner dövriyyəsi 56% artaraq 2,49 min TEU-ya çatıb.

Limandan keçən sərnişinlərin sayı 32,3 min nəfər olub ki, bu da  4,6% artım deməkdir.

Yanvar-may aylarında limana proqnozlaşdırıldığından 5,3% az, cəmi 589 gəmi  yan alıb.

Liepaya limanı 1990-cı illərdə keçmiş SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2023-cü ildə limanın yük dövriyyəsi 7,2 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır