Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

“GSI” gəmiqayırma zavodu dedveyti 111 min ton olan ilk iki yanacaqlı neft tankerinin tikintisinə başlayıb

Çinin Gəmiqayırma Dövlət Korporasiyası “CSSC”-yə daxil olan “Guangzhou Shipbuilding International” (“GSI”) gəmiqayırma zavodu dedveyti 111 min ton olan ilk iki yanacaqlı və böyük üzmə məsafəsinə malik (“LRII”) neft tankerinin tikintisinə başlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi “Sinqapurun Eastern Pacific Shipping” (“EPS”) şirkətinin sifarişi ilə tikilir.

“EPS” xam neft və neft məhsulları daşıyacaq iki yanacaqlı iki LNG tankeri tikmək üçün “GSI” ilə müqaviləni 2023-cü ildə bağlayıb. Bundan başqa, müqaviləyə daha iki oxşar gəminin inşası variantı da daxildir.

Gəminin layihəsi “Guangzhou Shipbuilding International”-ın özünün konstruktor bürosu tərəfindən hazırlanıb.

İlk iki tankerin 2025 və 2026-cı illərdə sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Uzunluğu  250 metr, eni  44 metr, suya oturumu 14,7 metr, istismar sürəti 14,5 düyün olan gəmi “IMO TIER III” emissiya standartlarına və “EEDI P3” enerji səmərəliliyi indeksinə cavab verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır