Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Yeni Zelandiyanın tədqiqat gəmisi Upolunun cənub sahillərində batıb

Sakit Okeanın ada dövləti Samoanın səlahiyyətliləri bazar günü səhər Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə aid tədqiqat gəmisi “Manawanui”-nin batdığı Upolu adasında mümkün neft sızması barədə xəbərdarlıq edib.

“Seanews.az” xəbər verir ki, bu, İkinci Dünya müharibəsindən sonra Yeni Zelandiya Hərbi Dəniz Qüvvələri tərəfindən itirilən ilk gəmidir.

Samoanın Baş naziri Tuala Tevaqa İosefo Ponifasio bildirib ki, hakimiyyət hazırda fəlakətin ətraf mühitə vurduğu nəticələri öyrənir. Onun sözlərinə görə, qəza zamanı gəmidə açıq okeana düşə bilən çoxlu yanacaq olub.

Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli tədqiqat gəmisi “Manavanui” bazar günü Upolunun cənub sahillərində alovlanıb və batıb. Gəmidə olan 75 nəfərin hamısı xilasedici sallar və qayıqlarla təxliyə edilib. Bir neçə nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib.

Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Qarin Qoldinq bildirib ki, hadisə səhər tezdən gəmi sahildən təxminən 1,5 kilometr olarkən baş verib. Xilasetmə işləri çətin hava şəraitində və qaranlıqda aparılıb, gəminin heyəti və sərnişinləri sahilə çıxmaq üçün təxminən beş saat vaxt lazım gəlib.

Yeni Zelandiya səlahiyyətliləri gəminin batması ilə bağlı məhkəmə istintaqının başladığını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır