Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Vixr-8” yanğınsöndürmə gəmisinin əsaslı təmiri başa ça

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vixr-8” yanğınsöndürmə gəmisinin əsaslı təmiri başa çatıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış və xidməti otaqları, sanitar qovşaqlar yenilənib. Gəmidə iki ədəd yeni hava kompressoru quraşdırılıb, val və sükan altı qurğuları təmir edilib. “Vixr-8” gəmisi tərsanəyə qaldırılaraq gövdəsi təmizlənib və rənglənib. Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb və gəmi yenidən istismara qaytarılıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır