rogenlə işləyən ilk gəmi dünya səyahətinə çı
Dünyada ilk hidrogenlə çalışan “Energy Observer” gəmisinin yola salınma mərasimi keçirilib. Mərasim hətə sonu Fransada baş tutub. Bu gəminin tikintisi və onun dünya turuna çıxarılmasında məqsəd hidrogenlə çalışan üzən vasitələrin ətraf mühit üçün təhlükəsiz olduğunu sübut etməkdir. İddialı layihənin müəllifi Fransa Hərbi Dəniz Qüvvələrinin sabiq zabiti Viktor Erussardır. “Fikrimcə, “Energy Observer” layihəsi kömür və benzindən sonra üçüncü sənaye inqilabıdır. O, hidrogenlə işləyir. Hidrogen bir möcüzədir, bərpa olunan enerjidir və müasir dünyamıza belə innovasiyalar çox lazımdır. Hidrogenin istifadəsi zamanı istixana qazları və digər zərərli maddələr atmosferə atılmır”- deyə, gəmi ixtiraçısı bildirib. Xatırladaq ki, səyahətə gəmi ekipajı ilə yanaşı tanınmış rejissor və peşəkar dalğıc Zherom Delafoss da gedib. Onlar ümumilikdə 50 ölkə və ya 100 nöqtəyə səfər edəcəklər.