Xəzərdə saya oturan “VF Tanker-7” saydan çıxarılıb
Sentyabrın 3-də Həştərxandan Bakıya gələrkən "BF Tanker 7" gəmisi Xəzər dənizinin şimal hisəsində, Volqa-Xəzər dənizi kanalının 158-ci kilometrliyində saya oturmuşdu.
"Seanews.az" xəbər verir ki, tanker dünən saat 02:10-da saydan çıxarılıb.
Heyəti 12 nəfərdən ibarət gəmidə xəsarət alan olmayıb. Gəmiyə ziyan dəyməyib.
Hazırda gəmi təyinat limanına - Bakıya hərəkətini davam etdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır