Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

"Nika-Tera" limanı ilk dəfə uzunluğu 235 metr olan quru yük gəmisini qəbul edib

Ukraynanın "Nika-Tera" limanı tarixində ilk dəfə uzunluğu 235 metr olan quru yük gəmisini qəbul edib.   

“Seanews.az”-ın məlumatına görə, Marşal adaları bayrağı altında üzən, dedveyti  84,1 min ton olan “Cymona Glory”  teploxodu  2011-ci ildə inşa edilib.

"Limanda müxtəlif növ yüklərin qəbul edilməsi və “Cymona Glory” kimi nəhəng gəmilərdə yük əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan bütün infrastruktur var. Gəmi körpüdə eyni vaxtda iki yükləyici ilə 49 min ton yüklənib. Reyddə 66 min tona qədər əlavə yükləmə işləri aparılacaq. Bu yüklər Hindistan üçün nəzərdə tutulub.  Ukrayna dünyanın 20 ölkəsinə ərzaq məhsulları ixrac edir,"-deyə “Nika-Tera” limanının baş direktoru Alim Ağakişiyev bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır