Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

"Gennadi Egorov" gəmisi suya buraxılıb

Rusiyanın “Oka” gəmiqayırma zavodunda dedveyti 8144 ton olan RSD59 layihəli “Gennadi Eqorov” quru yük gəmisi suya buraxılıb.

“Seanews.az” xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının (İMO) ekoloji tələblərinə tam cavab verən çoxməqsədli quru yük gəmisi keçən il mayın 30-da ömrünün 55 yaşında həyata əlvida deyən Rusiya  Dəniz Mühəndisliyi Bürosunun yaradıcısı - professor, texnika elmləri doktoru Gennadi Vyaçeslavoviç Yeqorovun şərəfinə adlandırılıb.

Sifarişçi “Dövlət Lizinq Nəqliyyat Şirkəti” SC, icarəçi  isə “İdel” gəmiçilik şirkətidir. Gəminin layihəsini Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Uzunluğu 141,0 metr,  eni 16,98 metr, hündürlüyü  6,00 metr olan gəminin yük anbarlarının tutumu 11 400 kubmetrdir. 10,5 düyün sürətlə hərəkət edəcək “Gennadi Eqorov” quru yük gəmisinin heyəti 11 nəfərdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır