Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“CSSC” on bir ayda ümumi dedveyti 16 milyon tondan çox olan 194 gəmi tikib

Dünyanın ən böyük gəmiqayırma korporasiyası olan “China State Shipbuilding Corp” (“CSSC”) qeydiyyat ünvanını Pekindən Şanxaya dəyişib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  “CSSC”-in baş ofisinin Şanxaya köçürülməsi yeni inkişaf modelinə keçidlə bağlıdır, bu modeldə Pekində yalnız metropoliten funksiyaları cəmləşəcək, 

Bu qərarı şərh edən Çin Xalq Respublikası Şurası Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin katibi Hao Pen bildirib ki, Şanxay Çinin ən böyük və ən qabaqcıl iqtisadi mərkəzi və “Çinin gəmiqayırma sənayesinin beşiyidir”.

“CSSC”-nin rəhbəri Lei Fanpei korporasiyanın baş qərargahının köçürülməsi münasibətilə keçirilən mərasimdə çıxış edərək qeyd edib ki, Şanxay dünyada gəmiqayırma, metallurgiya və liman avadanlığı istehsalı sahəsində ən böyük korporasiyaların qərargahlarının yerləşdiyi, ən böyük liman və dənizçilik mərkəzlərinin cəmləşdiyi yeganə şəhərdir.

“CSSC” cari ilin ilk 11 ayında ümumi dedveyti 16 milyon tondan çox olan 194 gəmi inşa edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır