Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Golar Tundra” həm LNG daşıyıcısı, həm də üzən anbar kimi fəaliyyət göstərəcək

İtaliyanın “Snam” qaz ötürmə operatoru “Golar LNG” şirkətindən 350 milyon dollara yeganə aktivi - "Golar Tundra"-nı alır. Müqavilə mayın 30-da “Snam”-ın direktorlar şurası tərəfindən təsdiqlənib.

“Seanews.az” xəbər veriri ki, “Golar Tundra” həm LNG daşıyıcısı, həm də üzən LNG saxlama və qazlaşdırma anbarı (FSRU) kimi fəaliyyət göstərə bilər. 2015-ci ildə inşa edilən gəminin təxminən 170 min kubmetr LNG saxlamaq və ildə 5 milyard kubmetr fasiləsiz yenidən qazlaşdırma qabiliyyəti var.

Gəminin İtaliyanın mərkəzi-şimal hissəsində, qaza daha çox ehtiyac duyulduğu ərazilərdə saxlanılması planlaşdırılır. “

Tənzimləmə prosesləri və terminalı mövcud qaz ötürmə şəbəkəsinə birləşdirən zəruri infrastrukturun tikintisi başa çatdırılsa, “Qolar Tundra” 2023-cü ilin yazında FSRU kimi fəaliyyətə başlayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır