Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Keçən il Misirdən Türkiyə limanlarına 21 milyon tona yaxın yük daşınıb

Keçən ilin yanvar-dekabr aylarında Misirdən Türkiyə limanlarına 20 milyon 817 min 423 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 2 milyon 762 min 654 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 18 milyon 13 min 524 ton yük çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına 41 min 245 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Misirdən 1 milyon 708 min 283 ton tranzit yük daşınıb.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə limanları 32 milyon 34 min 790 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır