Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İsveçin Höteborq limanında yük dövriyyəsi artıb

İsveçin Höteborq limanında yük dövriyyəsi idxal yük axınlarının azalmasına baxmayaraq, 2023-cü ilin yanvar-mart aylarında artıb.

“Seanews.az”-ın məlumatına görə, İsveçin konteyner yüklərinin yarıdan çoxu Höteborq limanının yanalma körpülərində, böyük hissəsi isə “APM Terminals”-ın konteyner terminalında aşırılır.

2023-cü ilin yanvar-mart aylarında limanda 225 min TEU aşırılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur. İdxal olunan malların həcminin 20 faizə yaxın azalmasına baxmayaraq yük dövriyyəsinin artımı İsveçin özünün artan ixracı ilə izah olunur.

Hesabat dövründə limanda aşırılan yeni avtomobillərin sayı 4% artıb.

Yanacaq yüklərinin aşırılması həcmi birinci rübdə 12% azalıb ki, bu da Avropada anbarların dolması ilə izah olunur.

Dəmir yolu konteyner yükləri 2023-cü ilin yanvar-mart aylarında 3% azalaraq 123 min TEU təşkil edib. Limanda sərnişin axını 25% artaraq 231 min nəfərə çatıb. Toplu və qalaq yüklərin aşırılmasında isə 23% artım müşahidə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır