Britaniyadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb
2023-cü ilin yanvar-iyun aylarında Böyük Britaniyadan Türkiyə limanlarına 3 milyon 39 min 595 ton yük daşınıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 8 min 300 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 17 min 306 ton yük çatdırıb.
Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 13 min 989 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına İngiltərədən 615 min 713 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır