Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

Bu ilin 8 ayında Kurık limanında 1,5 milyon tona yaxın yük aşırılıb

2023-cü ilin 8 ayı ərzində Kurık dəniz limanında 1,5 milyon tona yaxın yük aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

“Seanews.az” xəbər verir ki, yüklərin 1 milyon tondan çoxu dəmir yolu, 430 min tondan çoxu avtomobil yolu ilə çatdırılıb. Limanda 480 bərə, 13,8 mindən çox vaqon və 18 mindən çox yük maşını işlənib.

Liman vasitəsilə Qazaxıstan nefti və neft məhsulları, metallar, gübrələr, kimya məhsulları aşırılır. Çindən, Mərkəzi Asiya respublikalarından Azərbaycan, Gürcüstan, Türkiyə limanlarına, daha sonra Şərqi Avropa ölkələrinə və əks tərəfə gələn malların tranziti artır.

Hazırda Kurık dəniz limanında taxıl terminalı tikilir. Bu terminal vasitəsilə ildə bir milyon tona qədər taxıl aşırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır