Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

2023-cü ildə Xəzər marşrutunun ixrac potensialı artacaq

Qazaxıstan Respublikası hökuməti transsərhəd qovşaqlar şəbəkəsinin yaradılmasının gedişatını müzakirə edib. Bu şəbəkənin yaradılması üzrə işlərin gedişinə nəzarət etmək üçün Baş nazirin müavini Serik Jumanqarin bütün maraqlı dövlət qurumları, investorların və bu iri layihələrin həyata keçirildiyi rayonların nümayəndələri ilə operativ qərargahın iclasını keçirib.

Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti xəbər verir ki, Xəzər qovşağında “Sarja” çoxfunksiyalı dəniz terminalının tikintisi layihəsi tam sürətlə və müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirilir. Terminalın gücü ildə 10 milyon tondur, tamamlanması 2030-cu ilə nəzərdə tutulub. Layihə çərçivəsində 1,5 milyon ton tutumlu taxıl terminalı, 1 milyon ton tutumlu ümumi yük terminalı, 2 milyon ton tutumlu universal terminal, 5,5 milyon ton tutumlu maye yük terminalı və nəqliyyat-logistika mərkəzi (TLC) tikiləcək. Nəqliyyat logistika mərkəzinin, taxıl terminalının, yerüstü infrastrukturun tikintisinin birinci mərhələləri artıq başa çatıb.

Aktau və Kurık limanlarında konteyner qovşağının tikintisi üzrə işlərə başlanılıb. “Semurg invest” MMC-nin nümayəndəsi bildirib ki, ümumi yük terminalı artıq istismara tam hazırdır: ilk 10 vaqon bu yaxınlarda qəbul edilib, bütün lazımi dəmir yolu relsləri çəkilib, yanalma qurğuları olan estakada istifadəyə verilib. Bütün bunlar artıq 2023-cü ildə Xəzər marşrutunun ixrac potensialını artırmağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır