Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Helsinki limanının yük dövriyyəsi 10,4 milyon tona düşüb

2023-cü ilin yanvar-sentyabr aylarında Finlandiyanın Helsinki limanında 10,4 milyon ton yük aşırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.

“Seanews.az”  xəbər verir ki, idxal yüklərinin aşırılması həcmi 13,4% azalaraq 4,7 milyon tona, ixrac yüklərinin aşırılması həcmi isə 8,8% azalaraq 5,4 milyon tona düşüb.

8,7 milyon ton ədədi yüklər aşırılıb ki, bu da həcmi baxımdan 9,4% azalma deməkdir.

Konteyner dövriyyəsi 12,3%, RO-RO yüklərinin aşırılması 8,1% azalıb.

Eyni zamanda, yanvar-sentyabr aylarında liman 6,9 milyon sərnişin qəbul edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır