Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Tacikistan İranın Çabahar limanı vasitəsilə yük daşımaq imkanı əldə edəcək

Tacikistan Respublikasının nəqliyyat naziri Əzim İbrohim və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Çabahar limanı vasitəsilə beynəlxalq yükdaşımaların və tranzitin həyata keçirilməsinə dair memorandum imzalayıblar.

“Seanews.az” xəbər verir ki, sənəd prosedurların sadələşdirilməsini və əlaqələndirilməsini, avtomobil nəqliyyatı üçün rüsumların, ödənişlərin azaldılmasını, başqa ölkələrdən yüklərin İran limanından keçən marşrutlara cəlb edilməsini, limandan keçən marşrutlar üzrə nəqliyyat infrastrukturu layihələrinin təşviqində qarşılıqlı sərmayələr üzrə əməkdaşlığı, sərnişin daşımalarının, nəqliyyat vasitələrinin hərəkətinin və yükün saxlanmasının təhlükəsizliyini nəzərdə tutur.

Çabahar İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində Osmanlı körfəzi sahillərində yerləşən ən böyük limandır. Onun strateji əhəmiyyəti Hind okeanına birbaşa çıxışı olmasındadır. Hazırda Asiyanın 16 ölkəsinin Hind okeanına çıxışı var. Tacikistan Respublikasının Nəqliyyat Nazirliyi bildirir ki, indi Tacikistanın da onların sırasına qoşulmaq imkanı var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır