Ventspils limanının yük dövriyyəsi 25% azalıb
2024-cü ilin yanvar-mart aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dörddə bir qədər azalaraq, demək olar ki, 2,35 milyon ton təşkil edib. O cümlədən 897 min ton maye yüklər (1,6 dəfə azalma), 1,04 milyon ton balker yükləri (-2,3%) və 408 min ton ümumi yüklər (-36,2%) aşırılıb.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə limana 257 gəmi yan alıb. Bu da gözlənildiyindən 18,4% faiz az deməkdir.
Qeyd edək ki, limanda Qazaxıstan kömürü, eləcə də bərə (Ro-Ro) və maye yüklər aşırılır.
Ventspils limanı Venta çayının mənsəbinin yaxınlığında yerləşir və 2023-cü ildə limanda 10,4 milyon ton yük aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır