Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Finlandiya limanları yükaşırmada müsbət dinamika nümayiş etdirib

2024-cü ilin ilk iki ayının nəticələrinə əsasən, Finlandiyanın bütün limanlarının ümumi konteyner dövriyyəsi 227,6 min TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu, 2023-cü ilin yanvar-fevral göstəricisinin dörddə birindən (müsbət 27,6%) çoxdur.

Eyni zamanda, ixrac konteyner aşırmaları 26,1% artaraq 115,1 min TEU, konteyner idxalı isə 29,2% artaraq 112,5 min TEU olub. Konteyner tranziti 14,9% azalaraq 10,3 min TEU təşkil edib.

Bu ilin 2 ayının yekunlarına əsasən demək olar ki, bütün Finlandiya limanları müsbət dinamika nümayiş etdirib.

Beləliklə, Finlandiya Statistika İdarəsinin məlumatına görə, Hamina Kotka limanında bu ilin ilk iki ayında 105,4 min TEU işlənib ki, bu da bir il əvvəlkindən 28,7% çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında Helsinki limanının yanalma körpülərindən bir il əvvəllə müqayisədə 30,8% çox konteyner keçib - onların həcmi 73,9 min TEU-ya çatıb. Rauma limanı 29,9 min TEU aşıraraq konteyner dövriyyəsini 17,5% artırıb.

Hesabat dövrünün sonunda Hanko limanında konteyner dövriyyəsi 28,7% artaraq 9,7 min TEU təşkil edib. Oulu limanı 4,2 min TEU  işləyib ki, bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 37,4% çoxdur.

Tornio limanlarında 13,8% (1,7 min TEU-ya qədər), Kokkolada - 14,7% (1,6 min TEU-ya qədər), Kemi limanlarında 45,7% (730 TEU-ya qədər) konteynerlərin aşırılması həcmlərində artım qeydə alınıb.

Raahe limanı konteynerlərin aşırılmasını əhəmiyyətli dərəcədə - 2,5 dəfə (57 min TEU-ya qədər) artırıb

2024-cü ilin yanvar-fevral aylarının nəticələrinə əsasən, Turku limanı konteyner aşırılmasını 23,7% (342 min TEU), Uusikapunki - 2,9% (66 TEU) və Pietarsaari - 59,3% (35 TEU-a qədər) azaldıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında bütün Finlandiya limanlarının ümumi konteyner dövriyyəsi (tranzit istisna olmaqla) 106,6 min TEU (2024-cü ilin yanvar ayı səviyyəsi ilə müqayisədə mənfi 12% və 2023-cü ilin fevral səviyyəsi ilə müqayisədə müsbət 76,4%) təşkil edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır