Ninbo-Çjouşan limanında 9,14 milyon TEU konteyner aşırılıb
2024-cü ilin birinci rübündə Şərqi Çinin Zhejiang əyalətindəki Ninbo-Çjouşan limanının konteyner ötürmə qabiliyyəti ötən illə müqayisədə 11,7% artaraq 9,14 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, limanın yük dövriyyəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 353 milyon tona çatıb.
Qeyd edək ki, Ninbo-Çjouşan limanı Çinin ən işlək yükaşırma mərkəzlərindən biridir. Ninbo-Çjouşandan 300-dən çox dəniz konteyner xətti ilə 200-dən çox ölkənin 600-dən çox limanına yük göndərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır