Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Ventspils limanının yük dövriyyəsi 2024-cü ilin yanvar-aprel aylarında azalıb

Latviyanın Ventspils limanının yük dövriyyəsi 2024-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 2,98 milyon ton təşkil edib. O cümlədən, 1,24 milyon ton maye yüklər (azalma 30,7%), 1,19 milyon ton balker yükləri (-11,1%) və 551 min ton ümumi yüklər (-33,7%) aşırılıb.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə limana cəmi 325 gəmi (-24%), o cümlədən aprel ayında 87 gəmi yan alıb.

Qeyd edək ki, liman vasitəsilə Qazaxıstandan gələn kömür, eləcə də bərə (Ro-Ro) və maye yüklər işlənir.

Venta çayının mənsəbinin yaxınlığında yerləşən Ventspils limanı neft və neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, meşə və balıq məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir. 2023-cü ildə limanda 10,4 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır