Şanxay limanında 345,96 milyon ton yük işlənib
2024-cü ilin yanvar-iyul aylarında Çinin Şanxay limanında 345,96 milyon ton yük işlənib ki, bu da bir il əvvəlki ilə müqayisədə 7% çoxdur.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə konteyner dövriyyəsi 8,6% artaraq 30,35 milyon TEU-ya çatıb.
İyul ayında limanın yük dövriyyəsi 52,71 milyon ton (2023-cü ilin iyul ayı ilə müqayisədə +12,1%), konteyner dövriyyəsi 4,84 milyon TEU (+15,1%) təşkil edib.
Qeyd edək ki, Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanda 563,5 milyon ton yük işlənmiş, limanın konteyner dövriyyəsi isə 49,1 milyon TEU olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır