

2024-cü ilin yanvar-avqust aylarında Sinqapur limanının yük dövriyyəsi 6,6% artıb
2024-cü ilin yanvar-avqust aylarında Sinqapur limanında 418,64 milyon ton yük aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% çoxdur.
“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 2,8% artaraq 131,86 milyon tona, balker yüklərinin aşırılması isə 38,3% artaraq 19,89 milyon tona çatıb.
Ümumi qabsız yüklərin aşırılması hesabat dövründə 2,4% azalaraq 17,21 milyon ton təşkil edib.
Limanın konteyner dövriyyəsi 27,43 milyon TEU olub ki, bu da 6,4% artım deməkdir.
Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında 591,7 milyon ton yük işlənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır