Los-Anceles limanının terminallarında səkkiz ay ərzində konteynerlərin aşırılması təxminən 1 milyon TEU artıb
2024-cü ilin yanvar-avqust aylarında Los-Anceles limanının konteyner terminallarında 6 631 688 TEU aşırılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
“Seanews.az” xəbər verir ki, səkkiz ay ərzində konteynerlərin aşırılması təxminən 1 milyon TEU artıb.
2024-cü ilin avqustunda Los-Anceles limanında konteyner daşınması 2023-cü ilin eyni ayı ilə müqayisədə 16% artaraq 960 597 TEU təşkil edib. Son bir ay ərzində liman idxal üçün 509 363 TEU konteyner (+18%), ixrac üçün 121 744 TEU konteyner (-3%) və 329 491 TEU boş konteyner (+22%) aşırıb.
olan San Pedro körfəzində, Los-Ancelesin mərkəzindən 20 mil məsafədə yerləşir. 3,5 min hektar ərazidəki 27 terminalla ildə 190 milyon ton yük işləmək mümkündür. 2023-cü ildə Los-Anceles limanında əvvəlki illə müqayisədə 13% az - 8,6 milyon TEU konteyner aşırılıb.