Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Sentyabrda Nava Şeva limanında 597 min TEU konteyner aşırılıb

Hindistanın ikinci ən böyük yükaşırma mərkəzi olan Nava Şeva limanının konteyner dövriyyəsi 2024-cü ilin sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 596,8 min TEU-ya çatıb.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasına istinadən “India Shipping News” məlumat yayıb.

Keçən ay limanda ümumilikdə 7,38 milyon ton yük aşırılıb ki, bu da 2023-cü ilin sentyabrında qeydə alınan göstəricidən 6,14% çoxdur.

Nava Şeva limanı Mumbayın cənubunda yerləşir və yük dövriyyəsinə görə dünyanın ən böyük konteyner limanları arasında 24-cü yerdədir. Liman Hindistanın ümumi ixrac-idxal konteyner yüklərinin demək olar ki, 65%-ni idarə edir. Limana ölkə hökuməti tərəfindən nəzarət olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır