Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-15,
Seanews
Heyder Eliyev

Aktau limanında konteyner qovşağının tikintisi 2025-ci ilin ikinci rübündə başa çatdırılacaq

Qazaxıstanın Aktau limanındakı konteyner qovşağının tikintisi  2025-ci ilin ortalarına qədər başa çatdırılacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin ticarət və inteqrasiya naziri Arman Şakəliyev hökumətin iclasında bildirib.

“Layihə üzərində işlərə başlanılıb. Aktau dəniz limanı xüsusi iqtisadi zonasının ərazisində 19 hektar torpaq sahəsi ayrılıb. Potensial investor “Port Lianyungang” ilə investisiyaların cəlb edilməsinə dair saziş imzalanıb”, - deyə nazir qeyd edib.

Layihəyə “PSA International” (Sinqapur), “Abu Dhabi Ports Group” (BƏƏ), “Adani Group” (Hindistan), “Rhenus” (Almaniya) kimi beynəlxalq şirkətlər də maraq göstəriblər.

“Layihə Nəqliyyat Nazirliyi tərəfindən Manqistau vilayətinin müvafiq qurumları ilə birlikdə həyata keçirilir. Aktau limanında konteyner qovşağının tikintisinin 2025-ci ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır”, - Arman Şakkaliev bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır