Antverpen-Brügge limanına yan alan gəmilərin sayı artıb
2024-cü ildə Belçikanın Antverpen-Brügge birgə limanının bütün terminallarında aşırılan yüklərin ümumi həcmi 2023-cü illə müqayisədə 2,3% artaraq 277,7 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, liman administrasiyasının hesabatında belə deyilir.
Ötən il limanın konteyner dövriyyəsi tonajla 8,9% artaraq 148,9 milyon tona çatıb. 20 fut ekvivalenti baxımından, artım 8,1% - 13,5 milyon TEU olub. Soyuducu konteynerlərin aşırılması 9,2% artıb.
15 milyon ton (+0,4) dənəvər və qalaq yükləri aşırılıb. İxrac yükləri 5,3% artıb, idxal yükləri isə 2,5% azalıb.
Hesabat dövründə maye yüklərin aşırılması 5,8% azalaraq 83,6 milyon tona düşüb. Nəticələrə əsasən maye yanacağın (-10,8%) və LNG-nin (-21,9%) azalması təsir edib. Dizel yanacağı tələbatın aşağı düşməsi səbəbindən 22,3% az aşırılıb. Kimyəvi yüklərin aşırılmasında 14,8% artım əsasən bioyanacaq (+60,1%), kimyəvi qazlar (+9,5%) və kimyəvi maddələrin (+11,5%) artması hesabına olub.
Ümumi yük seqmentində aşırmaların həcmi sabit qalıb (0,1%). RoRo yüklərinin aşırılması 3,4% azalaraq 20,3 milyon tona düşüb. Təkərli avtomobillərin, o cümlədən yeni idxal olunan avtomobillərin aşırılmasında azalma (-9,4% - 3,23 milyon ədəd) qeydə alınıb.
Hesabat dövründə Antverpen-Brügge limanına 20 195 dəniz gəmisi (+0,2%) yan alıb və onların ümumi tonajı 3,7% azalaraq 632,4 milyon tona çatıb. Limanın xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 557 min nəfər təşkil edib.