evi limanı 2100-cü tankeri qəbul
Kulevi limanında (Qara dəniz, Gürcüstan) 2 100-cü tanker qəbul edilib, yüklənib və yola salınıb. Bu barədə Terminal məlumat yayıb. Məlumatda bildirirlir ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib: “Doqquz il ərzində uğurlu əməliyyat göstərən Kulevi limanı ümumi infrastrukturunu elə səviyyədə təkmilləşdirib ki, istənilən şirkətin ehtiyacını ödəyə bilir. Bu, nəzərəçarpan inkişafdır. Limanın tutumu artırılıb, eyni zamanda qəbuletmə, yüklənmə və yolasalma əməliyyatlarının payı artıb”. Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalı 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti alıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.