rkiyəli nazir: “BTQ dəmir yolu xətti sınaq mərhələsindədi
Bakı-Tbilisi-Qars dəmir yolu xətti hazırda sınaq mərhələsindədir. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib. “Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir. İyunda istismara veriləcəyi təqdirdə, Çindən yola salınan qatar Türkiyə üzərindən Londona qədər fasiləsiz hərəkət edəcək. Bununla əlaqədar Türkiyə Çinlə danışıqlar aparıb və növbəti ildə Türkiyə üzərindən 30 mlrd. dollarlıq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulur”, – deyə N.Zeybekçi əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır