Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-21,
Seanews
Heyder Eliyev

rbaycan, Türkiyə və Gürcüstanın dostluğu və strateji tərəfdaşlığı dünyaya fayda gətirə

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı dostluq, strateji tərəfdaşlıq indi elə yüksək səviyyəyə çatıb ki, bu, həm bizə, həm də bütün dünyaya fayda gətirəcək. Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü jurnalistlərə müsahibəsində söyləyib. Regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətini xüsusi qeyd edən səfir deyib: “Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı iqtisadi layihələrin başa çatması baxımından 2017-2018-ci illər tarixə böyük hərflərlə yazılacaq və yaddaşlarda əbədi qalacaq”. O bildirib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı olacaq. Amma yük və sərnişin qatarlarının intensiv hərəkəti 2018-ci ildən başlayacaq. Bununla yanaşı, gələn ilin birinci yarısında Türkiyə yeni saziş əsasında Gürcüstandan keçməklə Azərbaycandan təbii qaz almağa başlayacaq. Birinci mərhələdə 6 milyard kubmetr qaz ala biləcəyik. Amma nəzərdə tutulmuş digər kəmərlərin inşası başa çatdıqdan sonra alacağımız təbii qazın həcmi 16 milyard kubmetrə çatacaq. “İllər keçəcək tarixçilər bu iqtisadi layihələrin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri yada salacaqlar”, – deyə səfir vurğulayıb. Diplomat daha sonra deyib: “Hələ 90-cı illərdə neft və qaz kəmərləri layihələri barədə söhbət gedəndə çoxları buna inanmırdı. Hətta bu ideyaya istehza ilə yanaşanlar da var idi. Amma biz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini çəkdik və xəyallar gerçək oldu”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır