Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

rbaycan və Türkiyə arasında tranzit yükdaşımalarının genişləndirilməsi müzakirə ol

Azərbaycanın iqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars əyalətinə səfər edib. Nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır. Görüşdə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd edilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat – tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat – tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır