Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rkmənbaşıda Beynəlxalq Dəniz Limanı açı

Mayın 2-də Türkmənbaşı şəhərində yeni Beynəlxalq Dəniz Limanının açılışı olub. Limanın açılış mərasimində və “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” Beynəlxalq Forumunda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov təmsil edirlər. Sahəsi təxminən 152 hektar olan yeni limana bərə, sərnişin və yük terminalları daxildir. Eyni vaxtda 17 gəmiyə xidmət edə biləcək körpülərin uzunluğu 1800 metrdən çoxdur. Liman 300 min sərnişinə və 75 min yük maşınına, ildə 400 min konteynerə xidmət edə bilər. Yeni limanın ümumi buraxılış gücü neft məhsulları nəzərə alınmamaqla 17 milyon tondur. Limanda “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu tikilib. İldə 12 min ton polad emal etmək imkanı olan bu müəssisə 4 gəmi tikintisi və 20 gəminin təmiri üçün nəzərdə tutulur. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə doğru” Beynəlxalq Forumunda çıxışı zamanı vurğulayıb ki, dəniz limanı dəniz yolu ilə daşımaların müasir sisteminin formalaşmasının mühüm elementinə çevrilməli, Qara dəniz, Avropa, Yaxın Şərq, Cənubi Asiya və Asiya-Sakit Okean regionu ölkələrinə çıxış üçün maksimim əlverişli şərait yaratmalı, böyük yük axınlarının daşınma məsafəsini və buna sərf edilən vaxtı xeyli azaltmalıdır. “Türkmənistan Avropa, Asiya-Sakit Okean və Cənubi Asiya iqtisadi sistemlərinin qarşılıqlı əlaqəsinin transkontinental iqtisadi körpüsü olmalıdır. Buna görə də ölkənin dünya nəqliyyat sisteminə davamlı inteqrasiyası, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində marşrut və qovşaqları əlaqələndirən əsas magistral xətləri üzrə milli infrastrukturun genişləndirilməsi ilə yanaşı, həmçinin nəqliyyat marşrutlarının daha böyük effektivliyinin təmin edilməsi, daxili, tranzit və ixrac-idxal daşımalarında son məhsulun dəyərində nəqliyyat tərkib hissəsinin payının azaldılması üzrə tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Bu strategiyanın həyata keçirilməsinin gözlənilən nəticələrindən biri intermodal daşımaların nəqliyyat-logistika mərkəzlərinin yaradılmasıdır. Yeni nəqliyyat dəhlizləri bu sahədə bazar xidmətlərini genişləndirməyə imkan verir. Bu da öz növbəsində fəal marketinq xarici iqtisadi siyasətin həyata keçirilməsini, beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları tərəfindən tariflərin və tarif preferensiyalarının çevik sisteminin optimallaşdırılmasını tələb edir”, – deyə Türkmənistan Prezidenti bildirib. Tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Böyük İpək yolu tarixən dostluq, tərəfdaşlıq, mədəni dəyərlərin mübadiləsi, iqtisadi münasibətlər və ölkələrimizin inkişafı üçün əsas rolunu oynayıb. O deyib: “Şərq ilə Qərbi birləşdirən əsas marşrutlardan biri olan Azərbaycan bu gün Böyük İpək yolu dəyərlərinə sadiqliyini saxlamaqdadır. Müstəqil Azərbaycanın hərtərəfli inkişafı region ölkələri ilə əməkdaşlığın müxtəlif sahələrində – iqtisadiyyat, ticarət, nəqliyyat, mədəniyyət sahələrində münasibətləri inkişaf etdirməyə imkan yaradır. Türkmənbaşıda bu gün açılan limana Türkmənistanın Böyük İpək yolunun bərpasına töhfəsi kimi baxmaq olar. Nəqliyyat layihələri həmişə inkişafın hərəkətverici qüvvələri olub. Asiyadan Avropaya çox qısa Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Fars və Fin körfəzləri sahillərini birləşdirən “Şimal-Cənub” layihələri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bildiyiniz kimi, Xəzərin Azərbaycan sahilində Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi aparılır və azad iqtisadi fəaliyyət üçün mərkəz yaradılır. Bu layihələr bir-birini tamamlayır, dünya nəqliyyat landşaftını dəyişir, Asiya və Avropanın qovuşağunda yerləşən coğrafi mövqeyimizdən daha səmərəli istifadə etməyə imkan verir. Bu sahədə əməkdaşlıq ölkələrimizin inkişafına xidmət edəcək”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır