Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

k iki ayda TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 8 mln tondan çox yük daşı

2018-ci ilin yanvar-fevral ayları ərzində Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 8 mln. 431,4 min ton təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 1 mln. 909 min tonu və ya 22,6%-i dəmir yolu nəqliyyatı, 5 mln. 275,4 min tonu və ya 62,6%-i avtomobil nəqliyyatı, 1 mln. 247 min tonu və ya 14,8 %-i dəniz nəqliyyatının payına düşüb. 2017-ci il ərzində TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 10 mln. 186,6 min ton və ya 19,3% tranzit yüklərin payına düşüb. 2016-cı ilin göstəricisi ilə müqaysədə artım 28,9% təşkil edib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır